Logo

Jurnalist ona verilən evi 165 minə satır - Fotolar

Jurnalist ona verilən evi 165 minə satır - Fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Jurnalist ona dövlət tərəfindən hədiyyə edilən evi satışa çıxarıb.

Sfera.az-ın məlumatına görə, daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olan  "tap.az" saytında bu barədə elan yerləşdirilib. Elanda 2 otaqlı mənzilin 165 min manata satıldığı qeyd olunub.

"Bakı şəhəri, Səbail rayonu Bibiheybət məsçidi yaxınlığında 2-yol qırağında jurnalistlər binasında sahəsi 67 kvm olan 2-otaqlı mənzil satılır. Evdə yaşamaq üçün hər bir şərait var: istilik sistemi kombi, işıq, su, qaz daimidir KUPÇASI VAR. 165 min start qiymətdir”- deyə elanda qeyd olunub.

***

Sfera.az-ın əməkdaşı elanda qeyd olunan nömrə ilə əlaqə saxlayıb.

Pərviz adlı şəxs evin sahibinin kimliyini söyləməkdən çəkinib:

"Mən maklerəm, evin sahibi başqa adamdır. Adını çəkə bilmərəm. Əgər real alıcısınızsa mən maraqlanıb son qiymət deyərəm sizə".

Azər Salam

Sfera.az

Jurnalist ona verilən evi 165 minə satır - Fotolar
Jurnalist ona verilən evi 165 minə satır - Fotolar
Jurnalist ona verilən evi 165 minə satır - Fotolar
Jurnalist ona verilən evi 165 minə satır - Fotolar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR