Logo

Jurnalist Prezidentin verdiyi evi satışa çıxarıb - Foto

Jurnalist Prezidentin verdiyi evi satışa çıxarıb - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezidentin hədiyyə etdiyi evi adı hələlik məlum olmayan jurnalist satışa çıxarıb.

Sfera.az xəbər verir ki, jurnalistlərin evlə təmin olunması istiqamətində dövlətimizin və şəxsən Prezident İlham Əliyevin qayğısı nəticəsində 3 otaqlı mənzil hədiyyə edilən jurnalist ev alğı-satqısı həyata keçirilən "bina.az” saytında elan yerləşdirib.

Jurnalistin yazdığı ehtimal edilən elanı dil-üslub "xüsusiyyətlərini” saxlamaqla olduğu kimi təqdim edirik:

"Bakı şəhəri, Səbail rayonu, metro Sahil, Bayıl qəsəbəsi, Su İdman Kompleksi (Bibiheybət məsçidi) yaxınlığında 2-yol qırağında Jurnalistlər binasının 18-ci mərtəbənin 9-da yerləşən yeni tikili binanın sahəsi 85.2 kvm olan 3-otaqlı mənzili satılır. Evdə yaşamağ üçün hər bir şərait var : istilik sistemi kombi, işıq, su, qaz daimidir KUPÇASI VAR. EV BOŞ VERİLİR!!!. 150000 start qiymətdir. Ciddi şəxslər aşağıdakı nömrələrnən əlaqə saxlasın”.

Qeyd edək ki, 2013-cü ildə jurnalistlərə hədiyyə edilən mənzillərin 5 il müddətinə satılmaması barədə KİV DF mənəvi bir öhdəlik də elan etmişdi.

Hələlik, mənzili hansı jurnalistin satışa çıxardığı məlum deyil. Elanda göstərilən telefon nömrələri artıq söndürülüb.

Sfera.az
Jurnalist Prezidentin verdiyi evi satışa çıxarıb - Foto
Jurnalist Prezidentin verdiyi evi satışa çıxarıb - Foto
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR