Logo

Bakı polisindən “evində güllələnən” şəxslə bağlı - Məlumat

Bakı polisindən “evində güllələnən” şəxslə bağlı - Məlumat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyulun 19-da bəzi internet saytlarda Bakının Xətai rayonu ərazisində silahlı insident olması, 1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlunun Naximov küçəsində evdə güllələnməsi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Sfera.az-a verilən məlumata görə, həmin şəxs hazırda evindədir, sağ-salamatdır və onun haqqında yalan məlumatlar yayan saytları məhkəməyə verməyə hazırlaşır.

Bakı Şəhər Baş Polis İdarəsi həqiqətə uyğun olmayan məlumatın yayılmasının peşəkarlıqdan uzaq, ictimai zərərli olduğunu vurğulayır və əldə olunan məlumatın yayımdan əvvəl bir neçə etibarlı mənbədə təsdiq olunmasının vacibliyini bir daha KİV nümayəndələrinə xatırladır.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR