Diqqət: nə vaxt pulsuz park edə bilərik?
Kateqoriya məlum deyil
Sürücülər 5-10 dəqiqəlik parklanmaya görə ödəniş etməyə bilər.
Sfera.az xəbər verir ki, bu sözləri "Digesta” hüquq firmasının rəhbəri, nəqliyyat eksperti Ərşad Hüseynov deyib. Ə.Hüseynov bildirib ki, 5-10 dəqiqəlik park etməyə görə nəzarətçinin sürücüdən ödəniş tələb etməyə haqqı yoxdur:
"Qanun belə tələbi istisna edir. "Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin 15-ci hissəsi 15 dəqiqəyədək pulsuz parklanmaya konkret olaraq icazə verir: Norma belədir: XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Həm də bu təkcə Bakıya aid deyil. Bu bütün dünyada qəbul edilmiş qaydadır”.
Sfera.az






