Logo

Fikrət Qocanın nəvəsi ABŞ ordusunun zabiti oldu

Fikrət Qocanın nəvəsi ABŞ ordusunun zabiti oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olub.

Sfera.az-ın Enter.nyus-a istinadən məlumatına görə, gənc zabit 10 ildən çoxdur ABŞ-da yaşayır. O, Fikrət Qocanın qızı Günay Qocayevanın oğludur.

Qeyd edək ki, xalq şairinin qızı G.Qocayeva 2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. O, Bakı şəhərində dünyaya gəlib, orta məktəbi bitirdikdən sonra BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb, 1993-cü ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdirəsi vəzifələrində çalışıb. Ailəlidir…

Pərvizin atası - Günay Qocayevanın həyat yoldaşı Corc milliyətcə ingilisdir. Amma islam dinini qəbul eləyib, az da olsa Azərbaycanca danışa bilir.

ABŞ Silahlı Qüvvələrinin gənc zabit Pərviz 21 yaşındadır, o, ABŞ-da ingilis dilində təhsil alıb.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR