Logo

Məktəblinin sürdüyü motosiklet evə çırpıldı

Məktəblinin sürdüyü motosiklet evə çırpıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Siyəzəndə yeniyetmənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, saat 14 radələrində 2009-cu il təvəllüdlü Oqtay Elməddin oğlu Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb.

Qəza nəticəsində ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb.

Bildirilib ki, vəfat edən O.Kərimov orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır. (“Qafqazinfo”)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR