Logo

38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu

38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub.

Sfera.az bildirir ki, bu barədə məlumat baku.ws-in "qaynar xətti"nə daxil olub.

Vətəndaşın iddiasına görə, buna səbəb rentgen kağızını qurutmaq üçün nəzərdə tutulan xüsusi cihazın sıradan çıxması olub.

Məsələ ilə bağlı TƏBİB-dən baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən 38 nömrəli Şəhər Poliklinikasında rentgen cihazı işlək vəziyyətdədir.

"Havaların soyuq keçməsi ilə əlaqədar rentgen kabinetinə müvəqqəti olaraq elektrik plitəsi yerləşdirildiyi aşkar olunub və SƏTƏM tələblərinə zidd olduğu üçün təhlükəsizliyin təmin edilməsi məqsədilə rəhbərliyin göstərişi əsasında otaqdan götürülmüşdür".

38 saylı poliklinikada rentgen kağızı elektrik
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR