Logo

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Ci Kleyton İranın ABŞ diplomatları və vətəndaşlarına qarşı mümkün hücum planları ilə bağlı xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, Kleyton ABŞ dövlət katibi Marko Rubioya İranın Yaxın Şərqdə və digər ölkələrdə amerikalılara qarşı ölümcül hücum planlarının irəliləmiş mərhələyə çatdığını bildirib.

Bununla əlaqədar kəşfiyyat məlumatlarına çıxışın genişləndirilməsi məsələsinin qaldırıldığı qeyd olunur.

Təhlükəsizlik riskləri fonunda Səudiyyə Ərəbistanının Ər-Riyad, Ciddə və Əz-Zəhran şəhərlərindəki diplomatik nümayəndəliklərdən zəruri olmayan əməkdaşların təxliyə edildiyi bildirilir.

Həmçinin İranla bağlı təhdidlər və husilərin mümkün hücumları səbəbindən Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Livan və İordaniyadakı ABŞ diplomatik nümayəndəliklərində çalışan əməkdaşların sayının azaldıldığı qeyd olunur./globalinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR