Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Türkiyədə Azərbaycana dair sosial şəbəkə paylaşımlarına görə üç nəfər barəsində hüquqi proses başladılıb.
Sfera.az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, “Köklü Değişim Medya”nın Hatay nümayəndəsi Ahmet Sapa saxlanılıb, İstanbul nümayəndəsi Muhammet Emin Yıldırım isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Fəal Fatih Erşahin də polisə çağırılaraq ifadə verib.
Yıldırım oktyabrın 26-da axşam saatlarında Azərbaycanla bağlı sosial şəbəkə paylaşımlarına görə polis tərəfindən saxlanılıb. O, ertəsi gün ifadə verdikdən sonra azadlığa buraxılıb.
Fəal Fatih Erşahin oktyabrın 26-da gecə saatlarında Ankara Polis İdarəsinə dəvət olunub. İfadəsi alındıqdan sonra onun da sərbəst buraxıldığı qeyd edilir.
Türkiyə mediasında yayılan məlumatlarda Ahmet Sapanın Azərbaycan əleyhinə kampaniyalarda iştirak etdiyi barədə məlumatlara da yer verilib./metbuat.az






