Logo

Doğuşdan sonra ölən Gülsüm görün kimdir? – Ana ölümünün ŞOK TƏFƏRRÜATLARI

Doğuşdan sonra ölən Gülsüm görün kimdir? – Ana ölümünün ŞOK TƏFƏRRÜATLARI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhər 2 saylı Doğum Evində ölüm hadisəsi baş verib. 

İlkin məlumata görə, doğum evinin həkimi Nazilə Abdullayevanın apardığı qeysəriyyə əməliyyatı zamanı uşaq sağ qalsa da, ananın vəziyyəti pisləşib və Əliyeva Gülsüm Rasim qızı həyatını itirib. 

1988-ci il təvəllüdlü Ə.Gülsüm haqda xeberle.com məlumat əldə edib. Belə ki, Gülsüm Əliyeva Qubadlı rayonu Mahruzlu kənd məktəbində kimya müəllimi işləyirmiş. Üç övladı var. Atası keçmiş polis işçisi olub, Qubadlının Dəmirçilər kəndindəndirlər. Mərhumun yaxınlarının dediyinə görə, doğuş qeysəriyyə ilə deyil, təbii yolla olub. "Gülsümü doğraq-doğraq ediblər. Bəzi orqanlarını zədələyiblər. Bundan sonra beynində problem yaranıb və qanaxmaya görə komaya düşüb. Hətta dünən Bakıdan beynindəki problemlərə görə, iş yoldaşları həkim gətizdirmişdilər. 
Çox heyf həkimlərin məsuliyyətsizliyi ucbatından belə bir insanı itirdik”.

Doğuşdan sonra ölən Gülsüm kimdir? – Ana ölümünün TƏFƏRRÜATLARI - FOTOLAR
Doğuşdan sonra ölən Gülsüm kimdir? – Ana ölümünün TƏFƏRRÜATLARI - FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR