"Facebook"-da yeni virus - EHTİYYATLI OLUN!
Kateqoriya məlum deyil
"Facebook" sosial şəbəkəsində yeni virus yayılıb. Virus əsasən özəl mesajlar vasitəsi ilə yayılır.
Bizimyol.info xəbər verir ki, istifadəçilər dostları tərəfindən mesaj qrupuna əlavə edildiklərini düşünürlər və həmin qrupdakı videoların üzərinə tıklayırlar. Bundan sonra həmin istifadəçinin profili də virusa yoluxur.Əgər siz də bu tip qruplara əlavə edilmisinizsə videolara tıklamadan "qrupdan çıxış" düyməsini seçin və mesajları silin.
Əgər həmin videoya tıklamısınızsa, o zaman mütləq parolu dəyişin və öz kompüterinizdə yaxud telefonunuzda virusun yayılıb-yayılmadığını yoxlayın!






