“BakuBus”un avtobuslarına sürət limiti qoyuldu
Kateqoriya məlum deyil
“Sərnişindaşımada təhlükəsiz xidməti əsas götürdüyümüz üçün “BakuBus”a məxsus avtobuslarda daxili mexaniklərimiz tərəfindən tənzimləmələrdə sürət həddi 50km/saat olaraq nizamlanır və sürücü bu limiti dəyişmə imkanına malik deyil”.
Bu barədə “BakuBus”un mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
N.Allahyarova qeyd edib ki, hər hansı texniki nasazlıq nəticəsində sürət həddi maksimum 99 km/saat həddində aşıla bilər. Bu isə sürücü müdaxiləsi ilə deyil, texniki nasazlıq nəticəsində mümkündür.
AzVision.az






