Logo

Sabiq icra başçısı öldü

Sabiq icra başçısı öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib.

Sfera.az bildirir ki, bu barədə onun yaxınları xəbər yayıb. Onun açıq ürək əməliyyatından sonra komadan ayılmadığı məlum olub.

Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olub.

O, Moskva şəhərində Beynəlxalq Münasibətlər İnstitutunun Jurnalistika fakültəsində ali təhsil alıb.

Peşəkar fəaliyyətinə jurnalist kimi başlayan Teymur Yəhyayev “İTAR-TASS” Analitik-İnformasiya Agentliyində müxbir vəzifəsindən direktor vəzifəsinədək yüksəlib. O, jurnalistika sahəsində qazandığı təcrübə ilə yanaşı, siyasi və ictimai fəaliyyəti ilə də tanınıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 4-də Teymur Yəhyayev Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

1992-ci il iyunun 2-də, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə, həmin vaxt Azərbaycan prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri İsa Qəmbərin sərəncamı ilə vəzifəsindən azad olunub.

Heydər Əliyevin Azərbaycan prezidenti seçilməsindən sonra, 1993-cü il noyabrın 8-də T.Yəhyayev ikinci dəfə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 30 2000-ci il iyulun 30-dək bu vəzifədə çalışıb.

Teymur Yəhyayev siyasət və islahatlar mövzusunda bir neçə kitabın müəllifi olub. Üç xarici dildə sərbəst danışdığı bildirilən mərhum dövlət idarəçiliyi, jurnalistika və biznes sahələrindəki fəaliyyəti ilə yadda qalıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən ayrıldıqdan sonra Rusiyada bizneslə məşğul olub./lent.az

Sabiq icra başçısı öldü
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR