Logo

Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə

Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14‑dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Sfera.az-a verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları "Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş "Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

13 iyul saat 17:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmək hüququ olan 510 nəfərdən 331 nəfəri seçim edərək ərizəsini təsdiq edib. Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR