Logo

Zəhranın atası işlə təmin olunmayıb? - İcra Hakimiyyətindən TƏKZİB

Zəhranın atası işlə təmin olunmayıb? - İcra Hakimiyyətindən TƏKZİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, iyulun 4-də erməni silahlı qüvvələrinin ağır artilleriya atəşi nəticəsində həyatını itirən 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyevin işlə təmin olunması barədə xəbər yayılmışdı. Hətta Füzuli Rayon İcra Hakimiyyətindən verilən məlumatda onun rayonun kommunal xidmət sahələrindən birində çalışacağını bildirilmişdi. Daha sonra isə Elnur Quliyevin işlə təmin olunması xəbərinin yalan olduğu haqda məlumat yayıldı.

Belə bir iddia ilə jurnalist Arifə Əliyeva çıxış edib. Onun sözlərinə görə, iyulun 11-də Z.Quliyevanın və nənəsinin 7 mərasimi ilə bağlı mərhumların ailəsini ziyarət edərkən bu xəbəri E.Quliyevə deyiblər:

"Adam dondu qaldı, bilmədi nə desin. Söhbət əsnasında məlum oldu ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin guya Elnur Quliyevi işlə təmin etməsilə bağlı verilən məlumat, yayılan xəbərlər yalandır. Orda məndən başqa da bir neçə nəfər jurnalist vardı və Elnur qardaşımızın bu açıqlaması bizi xeyli təəccübləndirdi. Daha dərindən maraqlandıqda məlum oldu ki, o, hadisədən xeyli əvvəldən işləyirmiş. Durumunun həssaslığını nəzərə alaraq çox dərinə gedib harda işləməsini soruşmadıq”.

Zəhranın atası işlə təmin olunmayıb? - İcra Hakimiyyətindən TƏKZİB

Sfera.az-ın əməkdaşı məsələni tam aydınlaşdırmaq üçün Füzuli rayon icra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Zəhranın atası işlə təmin olunmayıb? - İcra Hakimiyyətindən TƏKZİB

Qurumun əməkdaşı Bayram Nifətliyev Sfera.az-a açıqlamasında bildirib ki, məlumat yalnışdır:

"Başçı deyibsə, demək, işlə təmin olunub. Bu məsələnin çox hallanmasını istəmirik. Amma Elnur Quliyevin işlə təmin olunması faktdır. O, hazırda Kommunal Müəsisələr Kombinatında çalışır. Onun ixtisas təhsili olmadığı üçün adi bir işçi kimi çalışır".

Qeyd edək ki, ölkə Prezidentinin tapşırığına əsasən, 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının dəfn, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının isə müalicə xərcləri İcra Hakimiyyəti tərəfindən təmin edilib.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR