Logo

Saleh Məmmədov Zəhranı ziyarət etdi

Saleh Məmmədov Zəhranı ziyarət etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azəravtoyol ASC-nin rəhbərliyi və əməkdaşları Ermənistan ordusu tərəfindən öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın yas mərasimində iştirak etmək üçün Alxanlı kəndinə gedib.

ASC-dən Sfera.az-a verilən məlumata görə, ASC rəhbərliyi hadisənin baş verdiyi ərazidə olub, kənd sakinləri ilə görüşüb. Daha sonra mərhumların yaxınları ilə görüşərək onlara başsağlığı veriblər, həmçinin mərhumların qəbirlərini ziyarət edib, qəbirləri üzərlərinə gül dəstələri qoyublar.

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR