Logo

900 metrlik yol bir ildir təmir edilir: keçid isə hazırdır

900 metrlik yol bir ildir təmir edilir: keçid isə hazırdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müşfiqabad qəsəbəsində 2 yerüstü piyada keçidinin inşası yekunlaşır.

Azəravtoyol ASC-dən Sfera.az-a verilən məlumata görə, Müşfiqabad qəsəbəsi ərazisində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə inşa edilən 2 yerüstü piyada keçidində son tamamlanma işləri aparılır.

Layihə çərçivəsində ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsi ərazisindən keçən 900 m-lik hissəsi bir ildən artıqdır ki, təmir edilir. Uzun müddətdir davam edən təmir işləri yolda avtomobillərin hərəkətində müəyyən narahatlıq yaratmaqla yanaşı, ətrafda yerləşən evlərdə də problemlərə səbəb olub. Belə ki, qrunt, həmçinin kanalizasiya sularının axması üçün keçidlərin tikilişi, su və kabel xətlərinin istiqamətinin dəyişdirilməsi səbəbilə yol hər iki istiqamətdə sökülüb. Nəticədə qəsəbənin içindən keçən bu ərazidəki təmir ətrafı toz-dumana bürüyür. Sakinlərin sözlərinə görə, ərazidə iş intensiv aparılır, ağır texnika 2, bəzən 3 növbədə işləsə də, işlərin yekunlaşmaması yay aylarında onlara böyük çətinliklər yaradır.

Yaranan narahatlıqla bağlı Axar.az-a açıqlama verən Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərindən belə başa düşmək olar ki, bu toz-duman hələ bir neçə ay da davam edəcək:

"Təmir işləri təxminən bir necə aydan sonra tam yekunlaşacaq. Bəlkə də daha tez yekunlaşdı. Ərazidə iş gedir. Çalışırıq işləri tez zamanda təhvil verək”.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR