Logo

Bakıda şpris istehsal edən zavod tikilir

Bakıda şpris istehsal edən zavod tikilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Pirallahı qəsəbəsində birdəfəlik şpris istehsal edəcək zavod tikilir.

İqtisadiyyat Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Pirallahı Sənaye Parkına üçüncü rezident qəbul edilib. Pirallahı Sənaye Parkının yeni rezidenti - "Diamed Co" MMC olacaq.

Sənaye Parkında qabaqcıl Avropa ölkələri, Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır.

Zavod tam gücü ilə işə düşdükdən sonra bu məhsullara idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 50 yeni iş yeri açılacaq.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR