Logo

Məscid və məbədlərə qaz üçün limit ayrılıb

Məscid və məbədlərə qaz üçün limit ayrılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

437 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Azəriqaz İB-dən Sfera.az-a verilən məlumata görı, İB abonentlərinin sayı 2 milyonu keçib.

Yanvar-iyun ayı ərzində "Azəriqaz” əhali sektoru üzrə 46 024 yeni abonenti qeydiyyata alıb, bunun da 21 705-i Bakı, Abşeron və Sumqayıt ərazisinə düşür. 24 319-ü isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 050 664-ə çatıb.

01 iyul 2017-ci il tarixə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 437 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR