Logo

“Donuz qripi” ilə bağlı bütün təhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq

“Donuz qripi” ilə bağlı bütün təhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Donuz qripi” təhlükəsinə qarşı liseylər, gimnaziyalar, kolleclər və universitetlərdə dezinfeksiya işləri aparılacaq. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Vaqif Abdullayev məlumat verib.

O bildirib ki, dezinfeksiya işlərinə fevrala ayının birinci 15 günlüyündə başlanılacaq: “Bizim dezinfeksiya tədbirlərini həyata keçirməyimiz üçün heç bir problem yoxdur”.

Direktor müavini qeyd edib ki, liseylər, gimnaziyalar, universitetlər və kolleclərdə dezinfeksiya işləri dərs qrafikindən kənar vaxtlarda aparılacaq: “Müəssisə rəhbərləri ilə danışılacaq. Əvvəlcədən razılaşdırılacaq ki, dezinfeksiya işləri tədris qrafikindən kənara vaxtlarda aparılsın”.

V. Abdullayev onu da əlavə edib ki, dezinfeksiya işləri Bakı, Sumqayıt və Gəncə şəhərlərini əhatə edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR