"Qarabağ"ın azarkeşləri Bakı metro vaqonunu dağıtdı - Foto
Kateqoriya məlum deyil
"Qarabağ" futbol klubunun oyunundan çıxan sərnişinlər Bakı Metrosunun 1566 saylı vaqonuna ciddi ziyan vurublar.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Bakı Metropolitenin İstimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev verib.
O bildirib ki, dünən "Həzi Aslanov” – "Dərnəgül” xəttində 30 saylı marşrut üzrə hərəkət edən qatarda sərnişinlər əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər.
Azər Salam
Sfera.az









