Logo

"Məmurların əksəriyyəti nə özlərini idarə edə bilir, nə də ailələrini..." - Hafiz Hacıyevdən AĞIR İTTİHAM

"Məmurların əksəriyyəti nə özlərini idarə edə bilir, nə də ailələrini..." - Hafiz Hacıyevdən AĞIR İTTİHAM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda xuliqanlıq edən sürücü saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirilib ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məmur övladlarının özbaşınalığına münasibət bildirən Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev Sfera.az-a açıqlamasında deyib ki, bu məsələ Azərbaycan hakimiyyətində xərçəng xəstəliyi kimi yayılıb.

"Məmurların əksəriyyəti nə özlərini idarə edə bilir, nə də ailələrini..." - Hafiz Hacıyevdən AĞIR İTTİHAM

Onun sözlərinə görə, bu cür hadisələrin baş verməsi ilk dəfə deyil:

"Bu gün Azərbaycan məmurlarının əksəriyyətinin övladları pozğun, nəşəxor, xuliqandır. Bu da pulun çox olmasından, harınlıqdan əmələ gəlir. Məmurların əksəriyyəti nə özlərini idarə edə bilir, nə də ailələrini. Bu çox ciddi faktdır. Prezidentin atdığı bu addım çox ləyaqətli, təqdirə layiq və xalqın ürəyincə olan bir addımdır. Mən dəfələrlə demişəm ki, məmurların əksəriyyətinin övladları və özləri bu dövlətə xəyanət edir. Mənə deyirlər ki, sən səsini kəs, bunları demə. Hədə-qorxu gəlirlər. Siz maraqlanın həmin generalın oğlu əsgərliyə gedib, ya yox. Özü də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi idi. Görün, bunun oğlu nə qədər qudurub ki, gedib avtobus sürücüsünü döyür. Biri qızına 400 minlik toy edir, sonra da deyir, yaxşı etmişəm. O biriləri bundan betər. Hansını deyim sizə? Bunların əməllərini saymaqla bitməz. Çünki Prezidentə düzgün məlumat vermirlər. Ancaq mənim əziz qardaşım bildiyi məsələlər haqqında dərhal çox ciddi tədbirlər görür. O özü də dəfələrlə deyib ki, məmurlar xalqın xidmətçisidir. Bunlar əksinə edir, xalqı xidmətçi görürlər".

Qeyd edək ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

Onu da qeyd edək ki, Novruzəli Hüseyn oğlu Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad olunub.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR