Logo

Generalın işdən qovulmasına bais harın oğulun - Fotoları

Generalın işdən qovulmasına bais harın oğulun - Fotoları
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Generalın Novruzəli Orucovun həbs olunan oğlu Rüstəm Orucovun fotoları yayılıb.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyevin dünən verdiyi sərəncamla vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovun oğlunun sosial şəbəkələrdə yayılan fotolarından da görünür ki, o maşın həvəskarı olub.

Qeyd edək ki, Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı 10 OG 300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək, sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Həmçinin, N.Orucovun oğlu piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olmuş, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilmişdi. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Qoldnyus.az-a istinadən general oğlunun lüks həyatını əks etdirən fotoları təqdim edirik:

Generalın işdən qovulmasına bais harın oğulun - Fotoları
Generalın işdən qovulmasına bais harın oğulun - Fotoları
Generalın işdən qovulmasına bais harın oğulun - Fotoları
Generalın işdən qovulmasına bais harın oğulun - Fotoları
Generalın işdən qovulmasına bais harın oğulun - Fotoları
Generalın işdən qovulmasına bais harın oğulun - Fotoları
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR