Bakıda məşhur marketdə yanğın - Yeniləndi
Kateqoriya məlum deyil
Bakıda "Neptun” supermarketlərindən birində güclü yanğın baş verib. APA-nın xəbərinə görə, yanğın "28 May” metrostansiyasının yaxınlığında, paytaxtın Şəmsi Bədəlbəyli küç. 102 ünvanında yerləşən mağazada baş verib. Oyuncaqlar satılan şöbədə başlayan yanğın nəticəsində supermarketin yanar konstruksiyaları 25-30 kv. m sahədə yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüblər.
Hadisəyə səbəb kimi qısaqapanma göstərilir.
09:51
BiG.AZ xəbər verir ki, Bakının Nəsimi rayonu ərazisində yerləşən "Neptun" market yanır.
Hadisə yerinə Nəsimi rayonun FHN-i 2 yanğın söndürən avtomobili və canlı qüvvə təyin olunub.

İlkin məlumata görə, xəsarət alan yoxdur. Yanğının yayılmasının qarşısı alınıb.