Logo

Azərbaycanda yağ kəskin bahalaşdı - SƏBƏB

Azərbaycanda yağ kəskin bahalaşdı - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Məlumata görə, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur.

Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilib. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildiriblər.

Bəs bahalaşmanın səbəbi nədir?

Bu barədə iqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlama verib. O, qiymət artımının əsas səbəblərini açıqlayıb:

Azərbaycanda yağ kəskin bahalaşdı - SƏBƏB

“Bunun əsas səbəbi Azərbaycanın bu məhsullar üzrə idxaldan asılı olmasıdır. Xarici bazarlarda qiymətlərin dəyişməsi, logistik bahalaşma və daşınma xərclərinin artması Azərbaycana da təsir göstərir. Azərbaycanda bu məhsulların yerli istehsalı çox aşağı səviyyədədir. Son həftələrdə neft və ya yanacağın qiymətinin artması, eləcə də logistik problemlər səbəbindən daşınma xərcləri kəskin yüksəlib”.

İqtisadçı Qara dənizdə yaranan problemlərin də qiymət artımına təsir göstərdiyini vurğulayıb:

“Duru yağın böyük bir hissəsini Qara dəniz vasitəsilə, Gürcüstan üzərindən, əsasən Ukrayna və Rusiyadan idxal edirdik. Həmin ölkələrdə də müharibə ilə əlaqədar müəyyən problemlər mövcuddur. Nəticə etibarilə, bütün bu amillərin üst-üstə düşməsi Azərbaycanda kərə və duru yağın qiymətində kəskin artıma səbəb olub”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR