Qolu sınan uşaq əməliyyat zamanı niyə ölüb? - Cərrah danışdı - VİDEO

Qolu sınan uşaq əməliyyat zamanı niyə ölüb? - Cərrah danışdı - VİDEO

Qolu sınan uşaq Ağdaş xəstəxanasında əməliyyat zamanı ölüb.

 

Sfera.az-ın məlumatına görə, Qəbələ rayon Qaradeyin kənd sakini, 9 yaşlı Seymur Mehralıyev sağ qolunun said sümüyünün sınığı diaqnozu ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən ölüb.

 

İyulun 10-da xəstəxanaya daxil olan uşağın əməliyyata hazırlanması prosesi başlayıb, bir neçə sahə üzrə müayinələr aparılıb və narkoz vurulub. Saat 16:00-da cərrahiyyə əməliyyatı başlanmalı olduğu halda, icra edilə bilməyib. Həmin vaxt uşağın halı pisləşib və ürəkdayanması baş verib. Bir saat yarım bütün reanimasion tədbirlər görülməsinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Cərrah həkim İdris Əliyev deyir ki, hadisə cərrahiyyə blokunda baş verib, lakin uşaq cərrah həkimin əməliyyata başlamasından öncə, yəni ümumi keyitmə zamanı dünyasını dəyişib.

 

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR