Logo

Əhəd Abıyev Pərvin Abyeva ile "qohumluğundan" danışdı: "O qızı Ağacan Abıyevlə..."

Əhəd Abıyev Pərvin Abyeva ile "qohumluğundan" danışdı: "O qızı Ağacan Abıyevlə..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hər zaman qalmaqalları ilə gündəmdə olan aktrisa Pərvin Abıyeva haqda yeni iddialar ortaya çıxıb. yayılan şayiələrə görə, Pərvin Abıyeva Daşkəsən Rayon İcra Hakimiyyətinin baçşısı Əhəd Abıyevin qohumudur.

Sfera.az-ın əməkdaşı məsələni tam dəqiqləşdirmək üçün Əhəd Abıyevlə əlaqə saxlayıb.

Əhəd Abıyev Pərvin Abyeva ile "qohumluğundan" danışdı: "O qızı Ağacan Abıyevlə..."

Əhəd Abıyev açıqlamasında bildirib ki, onun Pərvinlə heç bir qohumluğu yoxdur:

"Mən Masallı rayonundanam. Əslində bizim soyad İranın Ərdəbil şəhərində daha çoxdur. Nəslimizdə nə müğənni, nə də aktrisa var. O xanımı "Maşın Şou"da görmüşdüm. Dilli-dilavər bir qızdır. Hətta o vaxt deputat Ağacan Abıyevlə əlaqə saxlayıb soruşdum ki, onlara qohumluğu çatır, ya yox. O da dedi ki, yox. Mən o qızı tamamilə tanımıram, onunla heç bir əlaqəm yoxdur. Qətiyyən uzaq qohumluğum da çatmır, sadəcə soyadımız uyğundur".

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR