Dövlət klinikalarının pullu xidmətə keçməsi... - Açıqlama
"İcbari tibbi sığorta şəraitində dövlət xəstəxanalarının xüsusi çəkisi artmalıdır".
Bunu Sfera.az-a dövlət xəstəxanalarının pullu xidmətə keçməsinə münasibət bildirərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, İngiltərə kimi inkişaf etmiş bir dövlətdə dövlət xəstəxanalarının xüsusi çəkisi 95% təşkil edir:
"Özəl sektor xeyli azdır. Ancaq xüsusi diqqət yetirilir. Yəni biz də bu şərait də çalışmalıyıq. Əgər bütün xəstəxanalar özəlləşəcəksə, bütün xəstəxanalarda publik hüquqi şəxs artıq xəstəxananın vergi ödəyicisi statusuna gətirilməsidir. Bu da o deməkdir ki, orada hansısa xidmətlər pullu olacaq, ya hissəvi, ya tam və yaxud da təsərrüfat hesablı olacaq. Vətəndaşların tibbi sığortası olacaqsa, biz onu hansı cür həyata keçirəcəyik7 Burda xeyli qaranlıq məsələlər var. Aparılan bu siyasət xəstəxanaları, klinikaları dövlət büdcəsindən uzaqlaşdırmaqdır. Çünki publik hüquqi şəxs statusuna bəzi ali məktəblərdə aiddir. Lakin publik hüquqi şəxs statusuna keçməzdən öncə nəzərdə tutmaq lazımdır ki, Azərbaycanda əhalinin bütün kateqoriyaları icbari tibbi sığorta ilə təmin olunmalıdır. Hesab edirəm ki, müvafiq qurum buna aydınlıq gətirməlidir".
Qeyd edək ki, Səhiyyə Nazirliyi yaxın gələcəkdə ilkin mərhələdə publik hüquqi şəxs statusu alacaq tibb müəssisələrinin siyahısı təqdim edib.
Azər Salam
Sfera.az






