Logo

Sürücülərin nəzərinə: Bu yol bağlandı

Sürücülərin nəzərinə: Bu yol bağlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hazırda Quba-Bakı avtomobil yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə istiqamətində olan hissəsində aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır.

Sfera.az xəbər verir ki, bununla əlaqədar qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Yolun günün sonunadək bağlı olacağı nəzərdə tutulur.

Sürücülərdən alternativ olaraq Xocəsən dairəsindən Sulutəpə istiqamətində hərəkət etmələri, müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.

Ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat axınının nizamlanması üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.\\milli.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR