İşdən çıxarılan polis polkovnikinə yeni vəzifə verildi
Kateqoriya məlum deyil
Bir müddət əvvəl daxili işlər naziri Ramil Usubov tərəfindən Mingəçevir şəhər
Polis şöbəsinin rəisi vəzifəsindən azad edilən polis polkovniki Ələsgər Bədəlova
yeni vəzifə verilib.
Sfera.az xəbər verir ki, Ə.Bədəlov Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin
rəisi vəzifəsinə təyin edilib. "Azərişıq"-ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev
xəbərilent.az-a təsdiqləyib.
Qeyd edək ki, Ə.Bədəlovun yeni vəzifəyə təyin edilməsi ilə bağlı ilk xəbəri azadliq.info yaymışdı.






