“UniBank”ın idarə heyəti yenilənir
Kateqoriya məlum deyil
Bu yaxınlarda kapitalını kəskin artırmış "UniBank” ASC-nin idarə heyətində yenilənmə olub.
Sfera.az Bankın saytına istinadən xəbər verir ki, əvvəl İdarə Heyəti sədrinin müavini olan Asəf Hüseynov 1-ci müavin təyin edilib.
İdarə Heyətinin üzvü Emin Rəsulzadə isə İdarə Heyətinin Sədrinin biznesin inkişafı və innovasiyalar üzrə Müavini təyin edilib. O həmçinin, Bankda Baş maliyyə inzibatçısıdır.
"Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynovdur.
"Marja"nın əldə etdiyi məlumata görə, "Unibank”ın İdarə Heyətinin üzvlərinin artacağı gözlənilir.






