Logo

Azərbaycanda benzin ucuzlaşmayacaq - Rəsmi

Azərbaycanda benzin ucuzlaşmayacaq - Rəsmi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya bazarlarında neftin qiyməti aşağı düşdüyündən Azərbaycanda yanacağın qiymətinin ucuzlaşması gözlənilirdi. Hətta parlament üzvləri və ekspertlər bununla bağlı təkliflər də səsləndiriblər.

Sfera.az-ın məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev modern.az-a bildirib ki, benzinin və digər yanacağın qiymətinin yenidən bahalaşacağı və ya ucuzlaşacağı gözlənilmir:

“Bununla bağlı Tarif Şurasına da müraciət daxil olmayıb”.

Qeyd edək ki, Azərbaycanda benzini Tarif Şurası sonuncu dəfə 2013-cü il dekabrın 2-də bahalaşdırıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR