Şövkət Ələkbərovanın doğum günüdür
Bəzi səslər var ki, illər keçsə də unudulmur, bəzi ifalar var ki, insanın qəlbinə toxunub orada yaşayır. Şövkət Ələkbərovanın səsi də belə səslərdəndir.
Sfera.az xəbər verir ki, bu gün Azərbaycan musiqisinin unudulmaz sənətkarı, məlahətli səsi ilə könüllərə yol tapan Şövkət Ələkbərovanın doğum günüdür.
Azərbaycan musiqi mədəniyyətinin unudulmaz simalarından biri, Xalq artisti və məxməri səsin sahibi olan görkəmli müğənnimiz 20 oktyabr 1922-ci ildə Bakıda anadan olub. Sənətkar 71 il ömür sürüb və 7 fevral 1993-cü ildə dünyasını dəyişib.
O, mahnıları sadəcə ifa etmirdi, hər misraya bir duyğu, hər nəğməyə bir ömür sığdırırdı. Bəzən bir nisgili, bəzən bir sevgini, bəzən də dilə gətirə bilmədiyimiz hissləri səsi ilə ifadə edirdi. Onun ifasında səslənən mahnılar illərin o üzündən bu günə gəlib çatan doğma xatirələr kimidir.
Şövkət Ələkbərova Azərbaycan musiqisində özünəməxsus yeri olan sənətkarlardandır. Zərifliyi, səsinin ruhumuza toxunan ahəngi və sənətinə olan sədaqəti onu dinləyicilərin yaddaşında əbədi yaşadıb.
İllər ötür, nəsillər dəyişir, amma onun səsi yenə də eyni doğmalıqla səslənir. Çünki həqiqi sənət zamanla köhnəlmir, sənətkar isə yaratdığı əsərlərdə yaşamağa davam edir.
O, bu gün aramızda olmasa da, səsi, ifaları və sənəti ilə yaşayır. Xatırlayan zaman bir daha anlayırıq ki, bəzi insanlar dünyadan köçsələr də, yaddaşlardan heç vaxt köçmürlər.
İradə Elsevər






