Paytaxtın bir sıra ərazilərində qaz nə vaxt olacaq? - “Azəriqaz”dan AÇIQLAMA
Kateqoriya məlum deyilAziza Ezizezeynal
T
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Yasamal və Nəsimi rayonlarının, Səbail rayonunun böyük hissəsinin, Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, Vorovski və Xutor yaşayış massivlərinin, Sulutəpə və Xocasən qəsəbələrinin və Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, buna səbəb “Qaz İxrac” İdarəsi tərəfindən yeni çəkilmiş qaz kəmərinin mövcud yüksək təzyiqli magistral qaz kəmərinə birləşdirilməsidir.
Qurumdan saytımıza verilən məlumata görə, oktyabrın 20-si saat 18:00-a qədər təmir yekunlaşacaq və qazın istifadəyə verilməsi həyata keçiriləcək.
Bəsti Rəfizadə
Sfera.az






