“Black Friday” endirimləri nə vaxt başlayacaq? – Tarix açıqlandı

“Black Friday” endirimləri nə vaxt başlayacaq? – Tarix açıqlandı
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Alış-veriş həvəskarları 2026-cı ilin noyabr endirimlərini səbirsizliklə gözləyirlər. Elektronika, geyim, kosmetika və ev əşyalarının satışında xüsusi kampaniyalarla yadda qalan “Black Friday” endirimlərinin nə vaxt başlayacağı maraq doğurur.

Sfera.az xəbər verir ki, hər il ABŞ-də Şükranlıq Günündən sonrakı cümə günü keçirilən “Black Friday” bu il noyabrın 27-nə təsadüf edir.

Türkiyədə “Efsane Kasım”, “Şahane Cuma” və “Efsane Cuma” adları ilə tanınan endirim kampaniyalarına hazırlıqlar davam edir.

Bir çox mağaza və onlayn alış-veriş platformasının noyabr ayının ilk günlərindən etibarən endirimlərə start verməsi gözlənilir.

Noyabr endirimləri nə vaxt başlayacaq?

2026-cı ildə noyabr endirimlərinin noyabrın 1-dən etibarən müxtəlif mağazalarda mərhələli şəkildə başlaması gözlənilir. Bəzi markaların kampaniyaları ay boyunca davam etdirməsi, digərlərinin isə əsas endirimləri noyabrın 27-də keçiriləcək “Black Friday” gününə saxlaması ehtimal olunur.

Endirimlərin başlama və bitmə tarixləri, eləcə də tətbiq ediləcək güzəştlərin faizi markalardan asılı olaraq dəyişəcək. Kampaniyaların dəqiq şərtləri isə mağaza və onlayn satış platformalarının rəsmi açıqlamalarından sonra məlum olacaq.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR