Logo

Taksi sürücüsünü avtoyuma məntəqəsində tok vuraraq öldürüb - YENİLƏNİB

Taksi sürücüsünü avtoyuma məntəqəsində tok vuraraq öldürüb - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

22:00

Masallıda 26 yaşlı taksi sürücüsü avtomabilini yuyarkən onu tok vuraraq öldürüb.

Sfera.az bildirir ki, bədbəxt hadisə Masallı rayonunun İsgəndərli kəndində baş verib. Kənd sakini 26 yaşlı Bəhrəm Heydərov taksi fəaliyyəti ilə məşğul olurmuş. Axşam saatlarında əmisinə məxsus avtoyuma məntəqəsinə gələn gənc özü avtomaşınını yumaq qərarına gəlir. Orada olan açıq naqillərdən ehtiyatsız davranan Bəhrəm Heydərovu cərəyan vurub. Dərhal yaxınlıqdakı insanların köməyi ilə o, Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin o, xəstəxanaya çatdırılarkən yolda keçinib.
Faktla bağlı Masallı rayon prokrorluğunda araşdırma aparılır. /xezerxeber.az

--------

09:23

Masallıda bədbəxt hadisə baş verib.

Sfera.az APA-ya istinadən xəbər verirr ki, rayonun İsgəndərli kəndi sakini, 1991-ci il təvəllüdlü Bəhrəm Müslüm oğlu Heydərovu ehtiyatsızlıq nəticəsində cərəyan vurub.
 
O, yaxınları tərəfindən Masallı Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.
 
Faktla bağlı araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR