Logo

35 yaşayış məntəqəsi qazlaşdırılıb

35 yaşayış məntəqəsi qazlaşdırılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azəriqaz bu ilin 6 ayı ərzində 35 yaşayış məntəqəsini təbii qazla təmin edib.

Azəriqaz İctimai Birliyindən Sfera.az-a verilən məlumata görə, Birlik tərəfindən bu ilin yanvar-iyun ayları ərzində 954.3 km yeni qaz kəməri quraşdırılıb. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 98.1 km qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 35 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR