Bu şəxslərin telefonları sıradan çıxa bilər – Mütəxəssislərdən xəbərdarlıq

Bu şəxslərin telefonları sıradan çıxa bilər – Mütəxəssislərdən xəbərdarlıq
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Konsertlərdə və digər kütləvi tədbirlərdə istifadə olunan güclü lazer şüaları smartfonların kamerasına zərər verə bilər.

Sfera.az bildirir ki, "BGR" nəşrinin məlumatına görə, təhlükə güclü lazer şüasının birbaşa telefonun kamera obyektivinə düşməsi zamanı yaranır. Belə lazerlər festivallarda, gecə klublarında və konsert meydançalarında geniş istifadə olunur.

Lazer şüası kameranın işığı qəbul edərək görüntünü formalaşdıran sensorunu zədələyə bilər. Nəticədə foto və videolarda parlaq ləkələr, işıq izləri və rəng təhrifləri yarana bilər. Güclü şüanın təsiri isə sensorun daimi zədələnməsinə səbəb ola bilər. Bu halda nöqtələr, tünd ləkələr və zolaqlar sonrakı çəkilişlərdə də görünə bilər.

Nəşrin redaktoru Brayli Kenni bildirib ki, tədbirdə lazerlərin olması kameranın mütləq sıradan çıxacağı demək deyil. Bununla belə, güclü şüanın birbaşa obyektivə düşməsi risk yaradır.

Sony şirkətinin tövsiyələrinə görə, kamera sensoru təkcə birbaşa lazer şüasından deyil, səthlərdən əks olunan lazer işığından da zərər görə bilər. Bu xəbərdarlıq yalnız smartfonlara deyil, bəzi fotoaparatlara da aiddir.

Qeyd edək ki, mütəxəssislər smartfonla çəkiliş zamanı rəqəmsal yaxınlaşdırmadan həddindən artıq istifadə etməməyi və uyğun olmayan şəraitdə flaşı yandırmamağı da tövsiyə edirlər.

Fatimə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR