Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
Kateqoriya məlum deyil
T

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 19-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində rele-mühafizəsi və avtomatikanın yoxlanılması işləri aparılacaq.

Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Təmir-təftiş işləri ilə əlaqədar saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayıl Məmmədov küçələri, Babək və Qara Qarayev prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR