Üç rayonda iki gün qaz olmayacaq
Kateqoriya məlum deyil
Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bir hissəsinə təbii qazın verilişində 2 gün ərzində məhdudiyyətlər olacaq.
Bu barədə Sfera.az-a Azəriqaz İB-dən məlumat verilib. Məhdudiyyət bu gündən ayın 12-dək davam edəcək.
Məlumata görə, məhdudiyyət diametri 1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərinin 323 və 340-cı kilometrlərində aparılan təmir işləri ilə əlaqədardır.
Azəriqaz İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.
Sfera.az






