Təcili tibbi yardımda süni intellektdən istifadə ediləcək

Təcili tibbi yardımda süni intellektdən istifadə ediləcək
Kateqoriya məlum deyil
T

TƏBİB-dən bildirilib ki, süni intellekt əsaslı analitik vasitələrdən istifadə etməklə çağırışların ərazilər üzrə bölgüsü, intensivliyi və əhalinin sıxlığı araşdırılır. Bu təhlillər əsasında təcili tibbi yardım briqadalarının daha optimal yerləşdirilməsi, mövcud resurslardan səmərəli istifadə edilməsi, eləcə də yeni briqada və məntəqələrin yaradılması istiqamətində işlərə başlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qurumdan qeyd olunub ki, təcili tibbi yardım avtomobillərinin sürücülərinin naviqasiya sisteminə malik mobil cihazlarla təmin edilməsi də planlaşdırılır.

Yenilik çərçivəsində çağırış ünvanları avtomatik şəkildə naviqasiya sisteminə ötürüləcək və ən əlverişli hərəkət marşrutu müəyyən ediləcək. Bunun nəticəsində briqadaların hadisə yerinə daha qısa müddətdə çatması təmin olunacaq.

Bundan əlavə, sahə üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə xarici ekspertlərin prosesə cəlb edilməsi, həmçinin əməkdaşlıq layihələrinin həyata keçirilməsi yaxın günlər üçün nəzərdə tutulub.\\milli.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR