Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı YENİLİK

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı YENİLİK
Kateqoriya məlum deyil
T

Müvafiq orqanların əməkdaşlarının əməyinin ödənilməsi, eləcə də onların və ailə üzvlərinin yeni qulluq və ya xidmət yerinə köçməsi ilə bağlı xərclərin ödənilməsi qaydaları təkmilləşdirilir.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, “əmlakın daşınması xərcləri” və “birdəfəlik kompensasiya” ifadələri “köçməsi ilə bağlı xərclər” sözləri ilə əvəz edilir.

Bundan başqa, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə təklif edilən dəyişikliklər həmin orqanlarda xidmət edən hərbi qulluqçuların pul təminatı, pensiyalarının hesablanması və əlavələrin müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsini nəzərdə tutur.

Eyni zamanda, bu təminatlardan istifadə hüququ olan şəxslərin kateqoriyası dəqiqləşdirilir. Beləliklə, dəyişikliklər xüsusi xidmət orqanlarında xidmət edən şəxslərin pul və maddi təminatı ilə bağlı normaların təkmilləşdirilməsinə, mövcud hüquqi tənzimləmənin dəqiqləşdirilməsinə və bu sahədə hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR