Bakıda kəlağayı ilə yürüş keçirildi – Foto

Bakıda kəlağayı ilə yürüş keçirildi – Foto
Kateqoriya məlum deyil
T

Bu gün Bakının mərkəzində bir qrup azərbaycanlı xanımın milli baş örtüyü kəlağayı ilə yürüşü təşkil olunub.

Sfera.az xəbər verir ki, QHT-lərin təşkilatçılığı ilə keçirilən yürüş Qız Qalasının qarşısından başlayıb.

Təşəbbüsün məqsədi milli geyimlərə, xüsusilə kəlağayıya marağı artırmaq, Azərbaycan mədəni irsinin təbliğinə töhfə verməkdir.

Qeyd edək ki, kəlağayı Azərbaycan xalqının qədim adət-ənənələrini, milli kimliyini və estetik dəyərlərini özündə əks etdirən mədəni irs nümunəsidir. Təbii ipəkdən hazırlanan bu baş örtüyü əsrlər boyu Azərbaycan qadınlarının geyim mədəniyyətində mühüm yer tutub.

Kəlağayı sənətinin əsas mərkəzləri Şəki və Basbal hesab olunur. Onun hazırlanmasında ənənəvi ipəkçilik, boyama və taxta qəliblərlə naxışvurma üsullarından istifadə edilir.

2014-cü ilin noyabrında Azərbaycan kəlağayısının hazırlanması və istifadəsi ənənəsi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR