Artıq müəllim olmaq istəyənlər bu standartlara cavab verməlidir

Artıq müəllim olmaq istəyənlər bu standartlara cavab verməlidir
Təhsil Nazirliyinin dəstəyi ilə “İnkişaf” Elmi Mərkəzi tərəfindən “Müəllimlər üçün peşə standartlarının hazırlanması” layihəsi həyata keçirilir. Pilot layihə çərçivəsində müəllimlərin peşə standartları müəyyənləşdirilir.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, bu məqsədlə ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində dərs deyən 500 nəfər Azərbaycan dili və 500 nəfər Riyaziyyat müəllimi 2 mərkəzdə (18 və 220 nömrəli tam orta məktəblər) toplanaraq peşə standartlarının müəyyənləşdirilməsində və anonim qiymətləndirilməsində iştirak edəcəklər.
 
Qeyd edək ki, hazırlıq prosesində olan standartlar üzərində təcrübə aparılır, peşəkarların fikirləri öyrənilir. Eyni zamanda, hazırlanmış peşə standartlarının obyektivliyini və vahidliyini müəyyənləşdirmək məqsədi ilə müəllimlər tərəfindən anonim qiymətləndirilmə də nəzərdə tutulur.
 
Bu standartlar “Azərbaycanda Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sistemi”nin yaradılması və həyata keçirilməsi üçün perspektiv yolların göstərilməsinə xidmət edəcək və Azərbaycan müəllimlərinin inkişafına böyük təkan verəcək.
 
Eyni zamanda, müəllimlərin peşə standartlarının hazırlanması Azərbaycanda müəllim heyətinin müasir tələblərə cavab verməsində rol oynayacaq. Bu standartların hazırlanması müəllim kompetensiyalarının inkişafının istiqamətləndirilməsinə, müəllim peşəsinin nüfuzunu artırılmasına zəmin verəcək, həmçinin, hər bir müəllimə dünya təcrübəsinə yiyələnmək imkanı da yaradacaq.
 
Bildirək ki, layihənin icrası müddətində dərslərin müşahidəsi və hədəf qruplarda müzakirələrin keçirilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR

Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər həbs edildi

Antalyanın Kəmər rayonunda Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin (48) bıçaqlanması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 8 ...

81 yaşlı aktrisa gənc qızlara meydan oxuyur - FOTO

Nebahat Çehre sosial media hesabındakı paylaşımı ilə gündəm olub.   Sfera.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, 81yaşlı aktrisa gümüşü ...

Zidan ərəblərin təklifini qəbul etmədi

Zinəddin Zidan "Əl-Hilal"a rəhbərlik etmək istəməyib.   Sfera.az "Footmercato"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbista...

Bulvarda təntənəli tədbir keçirildi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı "Dinamo" meydançasında uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib. ...

İyunda fəlakətli uğursuzluqla üzləşəcək BÜRCLƏR

Astroloqlar, proqnozlarına görə, bu ayın çətin keçəcəyi bürcün əlamətlərini müəyyən ediblər.   Sfera.az-ın məlumatına görə, iyun ayı Dolça bürcləri ü...

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçdu - Xəsarət alan var

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb. ...