Bakının bəzi ərazilərində qaz olmayacaq
Kateqoriya məlum deyil
T
Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq.
Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonunun Lökbatan qəsəbəsində S.Fərziyev küçəsinin və Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.






