Dövlət saytları çökdü - YENİLƏNDİ

Dövlət saytları çökdü - YENİLƏNDİ
Kateqoriya məlum deyil
T

Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.

Sfera.az bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hücumu xarici haker qruplaşması həyata keçirib, 100-dən artıq dövlət domeni hədəfə alınıb.

Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb.

Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Hazırda kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

**************

08:49

Azərbaycanda hazırda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına giriş mümkün deyil.

Sfera.az xəbər verir ki, istifadəçilər dövlət qurumlarının internet resurslarına daxil olmaqda çətinliklə üzləşirlər.

Problemin hansı səbəbdən yarandığı hələlik məlum deyil. Məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi açıqlaması barədə məlumat yoxdur.

Saytlara girişin nə vaxt bərpa olunacağı da bəlli deyil.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR