Logo

“Nizami”də yeni pannolar təqdim edilib

“Nizami”də yeni pannolar təqdim edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Metronun "Nizami” stansiyasında bərpa edilmiş ilk dörd panno sərnişinlərə təqdim olunub.

Bu barədə Sfera.az-a "Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işlərinin ilkin mərhələsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platforma altındakı arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar yenilənib.

Pannoların bərpası ilə peşəkar rəssamlar Zöhrab Cabbarov, Elçin Cabbarov, Nizami Vəliyev məşğul olurlar.

Qeyd edək ki, sərnişinlərə təqdim olunan 4 pannodan əlavə, hazırda digər 4 pannonun da üzərində son tamamlama işləri gedir. Yaxın günlərdə həmin pannolar da sərnişinlərə təqdim olunacaq.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR