“Uşaqları süni şəkildə radikallaşdırmağa çalışırlar” - Füzuli Qurbanov

“Uşaqları süni şəkildə radikallaşdırmağa çalışırlar” - Füzuli Qurbanov
Kateqoriya məlum deyil
T

Hicabla bağlı son hadisələr fonunda məktəblilərin dini şüarlar səsləndirməsi və uşaqların dini çağırışlarla etirazlara cəlb olunması məsələsi müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin vahid məktəbli formasına dair qərarı yerindədir və dünyəvi dövlətçilik prinsiplərinə uyğundur.

Onun sözlərinə görə, bəzi dairələr kiçik yaşlı uşaqları dini zəmində radikallaşdırmağa çalışırlar:

“Əlbəttə, Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarı olduqca yerindədir və dünyəvi dövlətçilik prinsiplərinə uyğundur. Təəssüf ki, elə dairələr var ki, hətta kiçik yaşlı uşaqları süni şəkildə dini zəmində radikallaşdırmağa çalışırlar. Buna qarşı Azərbaycan dövlətinin mübarizəsi var və bu mübarizə həmişə davam edəcək.

İndiki halda insanlarda sağlam dini şüurun formalaşdırılması çox vacibdir. Çünki Azərbaycan xalqı mentalitetinin dərin qatlarında İslamın dəyərlərini daşıyır və bundan sonra da daşımağa davam edəcək. Ancaq bu dəyərlərdən dövlətə qarşı istifadə etmək cəhdləri yolverilməzdir”.

F.Qurbanov qeyd edib ki, vahid məktəbli formasının tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunmasına və ayrı-seçkiliyin qarşısının alınmasına xidmət edir:

“Vahid məktəbli formasının tətbiqi şagirdlərin məktəbdə və sinifdə bərabərhüquqlu vəziyyətdə olmalarını, bir-biri ilə daha yaxından münasibət qurmasını təmin etmək üçün geniş imkanlar yaradır. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir. Bu, dinimizin də əsas prinsiplərindən biridir. Buna görə də mövcud vəziyyətdən istifadə edərək süni ajiotaj yaratmaq və radikal hərəkətlərə yol vermək qəbuledilməzdir.

Hesab edirəm ki, bu məsələlərin uşaqların və ümumilikdə məktəblilərin milli-mənəvi dəyərlər kontekstində tərbiyəsi ilə birbaşa əlaqəsi yoxdur. Cəmiyyətimizdə bu dəyərlərin qorunması ilə bağlı qədim ənənələr mövcuddur. Həmin ənənələr yaşadılır, qorunur və böyük hörmətlə yad edilir”.

F.Qurbanovun fikrincə, müasir mərhələdə təhsil sistemində vahid geyim formasının tətbiqi zəruridir. O, bu prosesin uğurla başa çatması üçün dövlətin üzərinə düşən bütün tədbirləri həyata keçirəcəyinə inandığını bildirib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR