Dövlət qulluğuna qəbul sertifikatı 3 il qüvvədə qala bilər - TƏKLİF

Dövlət qulluğuna qəbul sertifikatı 3 il qüvvədə qala bilər - TƏKLİF
Kateqoriya məlum deyil
T

Dövlət qulluqçularının əməkhaqları arasında iqtisadi rayonlar üzrə fərqlərin aradan qaldırılması və sertifikatın qüvvədəolma müddətinin üç ilə qədər artırılması təklif olunub.

Sfera.az xəbər verir ki, deputat Vüqar Bayramov Milli Məclisin iclasında dövlət qulluğu ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bu təklifləri səsləndirib.

Deputat bildirib ki, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2059 manata çatıb. Bununla belə, iqtisadi rayonlar üzrə əməkhaqqı göstəriciləri arasında ciddi fərqlər var:

“Respublikanın iqtisadi rayonları üzrə dövlət qulluqçularının əməkhaqları arasında ciddi fərq mövcuddur. Bəzi iqtisadi rayonlarda bu göstərici ölkə üzrə orta aylıq əməkhaqqından xeyli aşağıdır. Düşünürəm ki, bu fərqin aradan qaldırılmasına da diqqət yetirilməlidir”.

Vüqar Bayramov, həmçinin dövlət qulluğuna qəbul zamanı sertifikatın qüvvədəolma müddətinin iki ildən üç ilə qaldırılmasını təklif edib:


“Hesab edirəm ki, bu müddət qısadır və sertifikatın qüvvədəolma müddətinin ən azı üç ilə çatdırılması daha məqsədəuyğun olardı”.


Deputat Dövlət İmtahan Mərkəzinin statistikasına da diqqət çəkib və müsabiqə mərhələsində rəqəmsal həllərdən və süni intellekt imkanlarından istifadənin əhəmiyyətini qeyd edib:


“Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilən statistikaya əsasən, 2025-ci ildə imtahanda iştirak edən 16253 nəfərin orta hesabla təxminən 30 faizi uğur qazanıb. Bununla belə, namizədlərin bir qismi müsabiqə mərhələsində uğurlu nəticə əldə edə bilmir. Bu mərhələdə rəqəmsal həllərdən və süni intellekt imkanlarından istifadə olunması vacibdir. Son olaraq, əlavə fəaliyyətlə bağlı icazə sisteminin tətbiqini məqsədəuyğun hesab etmirəm. Çünki əlavə fəaliyyət insanın harada işləməsindən daha çox, onun elmi bilikləri və peşəkar fəaliyyəti ilə bağlıdır. Buna görə də müvafiq icazə sisteminin yenidən nəzərdən keçirilməsini təklif edirəm”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR