Rəcəb Tayyib Ərdoğan “İlin adamı” elan olundu Kateqoriya məlum deyil22.11.2015 19:53 A− A A+
Xəbərləri Google-da birbaşa sfera.az-dan alın Google-da sfera.az-a abunə ol Google axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edin Abunə ol “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “İlin adamı” elan edib.Alyansın mətbuat xidmətindən Piar.Az-a verilən məlumata görə, “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov, qardaş Türkiyə Cumhuriyyətinin prezidenti cənab Rəcəb Təyyib Ərdoğanı "İlin adamı" elan edib.Verilən məlumatada qeyd olunur ki,-"“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı ölkələrimiz arasında ələqələri, dostluq və strateji münasibətləri genişləndirməkdə davam edir. Qısa zamanda “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Ukraynanın bir çox şəhərlərinə səfər edib, o cümlədən Kamenes-Podolski, Sumı şəhərlərinin merləri, həmçinin Ukraynanın tanınmış mədəniyyət xadimləri ilə görüşüb, Dnepropetrovsk şəhərində cəbhədə yaralanan əsgərlərə baş çəkib. “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı, Ukrayna ərazisində ən parlaq siyasətçini müəyyən etmək üçün sorğu keçirib və əksəriyyətin fikrinə əsaslanaraq demək olar ki, sorğuda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan liderlik edib.Türkiyə Azərbaycan üçün qardaş ölkə sayılır və sözsüz ki, onu Ukrayna ilə də isti dostluq və istisadi əlaqələr bağlayır. Türkiyənin Ukrayna və Azərbaycana qarşı münasibətdə göstərdiyi hərtərəfli xidmətləri əsas götürərək, Alyansın sədri Elmar Məmmədovun təşəbbüsü ilə Türkiyə Cumhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan “İlin adamı” elan edilib."
Xəbərləri tətbiqdə oxu Anlıq bildirişlər, daha sürətli və rahat oxu təcrübəsi.
Tətbiqi yükləpulsuz Telefonla skan et